QHT sədri: “Prezidentin belə çətin gündə yerli sakinlərin görüşünə getməsi onun xalqın yanında olmasının bariz nümunəsidir”

"Son günlərin ən diqqətçəkən hadisəsi kimi Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri xüsusilə yaddaqalan oldu. Prezidentin və ölkənin birinci xanımının cəbhə xəttinin yaxınlığında yerləşən hərbi hissələrin əsgər və zabitləri, eləcə də, yerli sakinlərlə görüşü bütün ölkədə böyük ruh yüksəkliyi yaradıb". Bunu deyən Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov bildirib ki, Prezident böyük təhlükəyə baxmayaraq, hətta cəbhə xəttinin 200 metrliyində yerləşən kəndlərin sakinlərinə də baş çəkməklə cəbhə bölgəsində yaşayan insanların problemlərinə həssaslıqla yanaşdığını bir daha sübut etdi. Prezident cəbhə bölgəsinə növbəti dəfə səfər etməsinin başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan əsgəri düşmənə qarşı daha amansız olacaq, Ali Baş Komandanın rəhbərliyi altında düşmənə layiqli cavab verəcək. Prezidentin belə çətin gündə yerli sakinlərin görüşünə getməsi, onun xalqın yanında olmasının bariz nümunəsidr. Bu səfər həm əskərlərimizə, həm də vətəndaşlarımıza böyük ruh bəxş edib, işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə ümidləri artırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00