Azərbaycanda sığınacaqlar birliyi yaradılıb

Azərbaycanda sığınacaqlar şəbəkəsi yaradılıb. Məlumata görə, Şəbəkədə sığınacaqlar arasında qarşılıqlı əməkdaşlıq əsasında ümumi məlumat bazası yaradılacaq. Azərbaycanda fəaliyyət göstərən QHT nəzdinə olan sığınacaqlar çətin həyat şəraitində olan, məişət zorakılığı, insan alveri və zorakılığın digər formaları ilə üzləşmiş şəxslərin müəyyən edilməsi və onların sığınacaqla təmin edilməsi; çətin həyat şəraitində olan şəxslərin ehtiyaclarının qiymətləndirilməsi; çətin həyat şəraitində olan şəxslərin reabilitasiyasının (hüquqi, psixoloji, tibbi) həyata keçirməsi məqsədilə bir araya gələrək şəbəkə yaradıblar. Yeni yaradılan şəbəkə həm də çətin həyat şəraitində olan şəxslərin reinteqrasiyası (peşə bacarıqlarının artırılması, iş yerlərinin tapılması); xidmətlərin monitorinqi, effektiv nəticənin təqdimatı; o cümlədən, çətin həyat şəraitində olan şəxslərin effektiv reabilitasiyasını həyata keçirmək, ölkə üzrə reabilitasiya proqramlarının modelini formalaşdırmaq, reabilitasiya proeseslərində çəkilən xərclərin minimumalaşdırmaq məqsədi daşıyır. Bura "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi, Azərbaycan Uşaqları İctimai Birliyi, "Təmas" Regional İnkişaf İctimai birliyi, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00