Milli Məclisə təkrar seçkilərdə 6 nəfər iştirak etmək istəyir
3 May 2016 16:24 Sosial90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə iştirak üçün 6 nəfər müraciət edib. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. Onun sözlərinə görə, namizədlərdən ikisi siyasi partiyalardan, dördü isə müstəqildir. Belə ki, siyasi partiyaları təmsil edən namizədlərdən biri Yeni Azərbaycan Partiyası, digəri isə Ümid Partiyasından müraciət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00