Min bir dərdin dərmanı
3 May 2016 20:12 SosialAlça, yazın gəldiyini və yayın yaxınlaşdığının ilk xəbərçisidir. Alça C vitamini ilə boldur və faydaları saymaqla bitmir. Alça həzm sisteminin normal qaydada fəaliyyət göstərməsini təmin edir və qəbzliyi aradan qaldırır. Alça lif baxımından zəngin olduğu üçün mədə ağrısı və qaz probleminin qarşısını alır. İmmun sisteminin yaxşılaşmasına güclü təsir edir. Alça yemək diş ətini gücləndirir. Diş sağlamlığının qorunmasında da əhəmiyyətli rol oynayır. Dəmir çatışmazlığının qarşısını almaq üçün müalicə müddətində istifadəsi olduqca xeyirlidir. Alça orqanizmdə qan yaranmasına yardım edir, anemiya kimi qan hüceyrələrinin əskikliyi ilə bağlı yaranan xəstəliklərin qarşısını alır. Gözəl və sağlam bir bədənə sahib olmaq üçün alça yemək mütləqdir. C vitamini bədəndəki toxumaları gücləndirir və beləcə daha möhkəm bədənə sahib olmaqda öz töhfələrini verir. Kilo vermək istədiyiniz zaman alça yeyin. Qan şəkərinə müsbət təsir edir, həmçinin qanda qlukozanı orta səviyyədə saxlayır. Qanda şəkər nə qədər balanslaşmış olarsa, kilo vermək bir o qədər asan və sürətli olar. Alçada yüksək miqdarda antioksidant olduğu üçün beyin və qanda yağ daxili pərdənin zərər görməsini əngəlləyir. Alça sevənlərin astma, ağciyər xərçəngi, soyuqdəymə, öskürək və xroniki ağciyər kimi xəstəliklərdən uzaq olduğunu alimlər müəyyənləşdirib. Revmatizmadan əziyyət çəkənlərə də xeyri var. Kalium və maqnezium mineralları ilə zəngin meyvədir. Yaşlıların alça yeməsi isə onların görmə qabiliyyətinə yaxşı təsir etdiyi fikri irəli sürülür. Alça həm də qızdırmanı aşağı salma xüsusiyyətnə malikdir. Daxilində B vitamini olan alça ürək, böyrək və qaraciyər xəstəliklərinə qarşı qoruyucu təsirə malikdir. iştahı açır və tərkibindəki liflər sayəsində həzmi asanlaşdırır. Lakin alçanı çox yedikdə islah kimi problemlər ortaya çıxa bilər. Cox alça yemək diş minasına zədə vura bilər.
Qeyd: Alçanı duzla yemək çox dadlı olur, amma dadlı oludğu qədər də zərərlidir. Çox mİqdarda qəbul edilən duzlar, həm suyun bədəndə tutulmasına səbəb olur, həm də təzyiq problemi olan insanlara pis təsir edir.