Binəqədidə müşavirə keçirilib

Binəqədi Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə müşavirə keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, müşavirədə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Rayon Gənclər və İdman İdarəsinin rəisi iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov müşavirəni açaraq giriş nitqi ilə çıxış edib. Sonra Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov 2016-cı ilin birinci rübü ərzində Rayon İcra Hakimiyyəti başçısı Aparatına və 16-46-Sakinlərin Müraciət Xidmətinə daxil olmuş müraciətlər, onlara baxılması vəziyyəti barədə, həmçinin may ayının birinci ongünlüyündə Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilməsi planlaşdırılan tədbirlər haqqında məlumat verib. Müşavirəni yekun nitqi ilə yekunlaşdıran Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov aidiyyəti üzrə tapşırıqlar verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31