Suraxanıda 150 mindən artıq sakin tibbi müayinədən keçib
3 May 2016 15:48 SosialBu günə qədər Suraxanı rayonunda 150098 nəfər vətəndaş və 139 müəssisənin kollektivi tibbi müayinədən keçib. "OLAYLAR"-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, 4731 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 211 nəfər stasionar müalicəyə cəlb edilib, 229 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilib. Rayonda əhalinin tibbi müayinə tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00