Keçən ay 5631 metr qazma işi həyata keçirilib
3 May 2016 15:47 Sosial2016-cı ilin aprel ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 5631 metr qazma işi həyata keçirilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, 2016-cı ilin yanvar-aprel aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 32040 metr qazma işi görülüb. Qeyd edək ki, il ərzində SOCAR üzrə həyata keçirilmiş qazma işləri istismara aid olub. Bundan əlavə, aprel ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 14 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00