“Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki konfransı keçirilib
3 May 2016 14:56 SosialMayın 3-də Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrin və gənc tədqiqatçıların ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan "Gənclər və elmi innovasiyalar" mövzusunda respublika elmi-texniki konfransı öz işinə başlayıb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, konfransın məqsədi müxtəlif istiqamətlər üzrə təhsil alan tələbələri müasir elmi yeniliklər ilə, Ulu Öndərin təhsil və elm sahəsində xidmətləri ilə tanış etməkdir. Tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsindən, gənclərin inkişafına göstərilən dövlət qayğısından danışıb. Rektor vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Konfrans "Avtomatika və kompyuter texnikası", "Xüsusi texnika və texnologiya" "Radiotexnika və rabitə", "Elektrotexnika və energetika", "Metallurgiya", "Texnoloji maşınlar", "Nəqliyyat", "Maşınqayırma", "Mühəndis biznesi və menecment" və digər bölmələr üzrə davam edərək öz işini mayın 5-də yekunlaşdıracaq.