"AtaBank"da kadr və struktur dəyişikliyi

Bankın Müşahidə Şurasının 08 saylı Protokoluna əsasən, "AtaBank" ASC-nin yeni təşkilatı strukturu təstiq edilib. Bankdan "OLAYLAR"-a bildirilib ki, eyni zamanda Bankın İdarə Heyətinin tərkibi yenidən formalaşdırılıb.. Səbuhi Əliyev bankın İdarə Heyəti sədrinin müavini təyin edilib. Qeyd edək ki, S.Əliyev 2005-2014-cü illərdə "AtaBank" ASC-də çalışmış, bankınHüquq Departamentinin direktoru vəzifəsində işləyib. 2014-2016-cı illərdə S.Əliyev"Synergy Group" ASC-də İdarə Heyətinin üzvü - Hüquq Departamentinin direktoru və Müşahidə Şurasının üzvü vəzifələrində çalışıb. Hazırda İdarə Heyəti 5 nəfərdən ibarətdir. Bankın İdarə Heyətinin sədri Dəyanət Quliyev, sədr müavinləri isə Etibar Babaşlı, Emil Əmirov, Rauf Hüseynov və Səbuhi Əliyevdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00