“Euronews”da Azərbaycanla bağlı reportaj yayımlanıb

Mərkəzi Fransada olan dünyanın nüfuzlu xəbər telekanalı "Euronews"da Şəki şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi və bu çərçivədə keçirilən festival barədə kadrlar nümayiş edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Azərbaycanın müxtəlif bölgələrindən festivala qatılan sənətkarlar qədim el sənətləri barədə "Euronews" müxbirinə ətraflı məlumat veriblər. Azərbaycan qutabı barədə məlumatı isə kanal əməkdaşı şəxsən təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00