Küçələrdə satılan süd və pendir hansı xəstəlik yaradır?

Heyvanlar arasında brusellyoz xəstəliyin yoluxma səviyyəsini yoxlamaq üçün 92 min iri və xırdabuynuzlu heyvandan qan nümunəsi götürülüb. Təsadüfi seçim üsulu ilə aparılan bu yoxlamalar xəstəliyin yayılma səviyyəsini təyin edib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, toplanan bütün məlumatlar xüsusi elektron məlumat bazasına yüklənib. Qan nümunələrinin serumları 5 il müddətində mənfi 20 C temperaturda saxlanılacaq, bu da Dövlət Baytarlıq Xidmətinə bu və diqər xəstəlikləri təhlil etməya imkan yaradacaq. Brusellyoza qarşı kütləvi peyvəndləmədən 4 il sonra yenidən qan nümunələri toplanılacak və nəticələr müqayisə ediləcək. Bu, aparılmış mübarizənin nə dərəcədə effektiv olduğunu söyləməyə əsas verəcək. Brusellyoza qarşı kütləvi peyvəndləmə yaxın vaxtlarda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlığa Nəzarət Xidməti tərəfindən başlanacaq. Brusellyoza qarşı yoluxma riski heyvan sahibləri və heyvandarlıq məsullarının istifadəçilərində olduğundan, xəstəlik səviyyəsini müəyyənləşdirmək üçün təsadüfi seçim ilə onlardan da qan nümunələri götürülməsi nəzərdə tutulub. Maraqlıdır, bu xəstəliyin insana keçmə ehtimalı nə dərəcədədir və onun yayılmasının qarşısını necə almaq olar? Nazirlikdən verilən məlumata görə, kənd təsərrüfatı və vəhşi heyvanların, eləcə də insanların, xronik gedişli yoluxucu xəstəliyidir. Balasalma və sonun ləngiməsi ilə xarakterizə olunur, lakin çox fərqli klinik əlamətlər də müşahidə olunur. Brusella cinsindən olan bakteriyalardır, bunların məlum olan 6 növündən 4-ü kənd təsərrüfatı heyvanlarında xəstəlik törədir. İnsanlar üçün daha təhlükəli Brusella melitensis növü sayılır ki, bunun da əsas törədicisi qoyunlar hesab olunur. Qaramalda br. abortus, donuzlarda br.suis, qoyunlarda br.ovis, itlərdə br.cans, gəmiricilərdə isə br. neotome növü xəstəliyi törədirlər. Bu tiplər bir-birindən morfoloji cəhətcə seçilmirlər, onların hamısı polimorf, kürəcik, çubuq və oval formada olurlar, Brusella tiplərindən heç biri spor əmələ gətirmir, hərəkətsizdirlər, qram müsbət boyanırlar, xüsusi boyama üsulu Kozlovski üsulu hesab olunur. Brusellalar təbiətdə S-, R- və RS- formalannda rast gəlirlər, yoluxmuş heyvan orqanizmində sferoplast, protoplast, L- formalar əmələ gətirirlər. Brusellalar endotoksin əmələ gətirən mikroorqanizmlərə aiddirlər, orqanizmdə retikuloendotelial sistem hüceyrələrində və hüceyrədən kənarda parazitlik edirlər. Xəstəlik törədicisinin əsas mənbəyi xəstə və bruselladaşıyıcı heyvanlardır. Onlardan həssas sağlam orqanizmlərin yoluxması ətraf mühit keçiriciləri vasitəsilə (yem, su, əşyalar, otlaq və s.) və ya birbaşa kontakt yolu ilə (məsələn, cütləşmə zamanı) baş verir. Balıqların, amfıbilərin və qansorucuların da törədici ilə yoluxması barədə məlumatlar verilmişdir. İnsanlar xəstə heyvanlardan və ya onların zərərsizləşdirilməmiş məhsullarından istifadə edərkən yoluxurlar. Brusellalar giriş qapısından limfa vasitəsilə orqanizmə yayılır və regional limfa düyünlərində tutulurlar. Bir müddət bu düyünlərdə çoxaldıqdan sonra törədicinin dozasından və virulentliyindən, eyni zamanda makroorqanizmin müdafiə xassələrindən asılı olaraq brusellalar bu düyünlərdə ya məhv edilirlər, ya da qana keçib, daxili orqanlara yayılırlar. Həmişə qeyri-sabitdir və asanlıqla yüksək doza ilə pozula bilər. Yaranan immunitet iki fazadan ibarətdir. Əvvəlcə infeksion və ya qeyri-steril immunitet, sonra isə postinfeksion və ya steril immunitet inkişaf edir. Əksər hallarda heyvanlarda xəstəlik gizli keçir. Qaramalda çox vaxt boğazlıqdan 4 ay sonra müşahidə olunan balasalmalar baş verir. Balasalmadan sonra əksər heyvanlar dölsüzləşir . Erkək heyvanlarda orxit və epididimit inkişaf edir. Qoyunlarda balasalma boğazlığın 4-5-ci ayında, donuzlarda isə həm birinci, həm də ikinci yarısında baş verə bilər, atlarda boyunun arxasında bursitlər inkişaf edir, şimal marallarında balasalma qaramalda olduğu kimi baş verir. Məlumatda o da bildirilir ki, ilk dəfə brusellyoz diaqnozu qoyulmuş sağlam təsərrüfatlarda yalnız seroloji reaksiyalardan istifadə etməklə kifayətlənmək olmaz. Təfriqi diaqnoz üçün brusellyozu kampilobakteriozdan, yoluxucu rinotraxeitdən, salmonellyozdan, ku-isitməsindən, listeriozdan, trixomonozdan, zəhərlənmələrdən fərqləndirmək lazımdır. Əsas profilaktik tədbirlər təsərrüfata törədicinin kənardan gətirilməsinin qarşısını almağa yönəldilməlidir. Çox vaxt xəstəliyin törədicisi yeni alman heyvanlar vasitəsilə daxil olduğundan belə heyvanlara ciddi nəzarət edilməlidir. Törədici təsərrüfata həmçinin yem vasitəsilə də gətirilə bilər. Xəstə heyvanlarla birlikdə suvarma və ya otlama zamanı da yoluxma mümkündür. Xəstəlik baş verdikdə təsərrüfata karantin qoyulur, tədbirlər planı müəyyən edilir. Ocağın söndürülməsi üçün ən etibarlı üsul - heyvanların hamısının təcili kəsimə verilməsi, qüvvədə olan təlimata uyğun olaraq emalı və təsərrüfatda bundan sonra müvafiq dezinfeksiya hesab edilir. Səhiyyə Nazirliyinin məlumatına görə, brusellyoz xəstəliyi insanlara da keçir, kəskin və xronikliyi ilə müşahidə olunur. Brusell çöpləri heyvanlardan insana brusellalarla çirklənmiş yem, su, çiy məhsullar, (süd, pendir) heyvanlara xidmət əşyaları, döşənək materialı, peyin, sidik, nəcis ifrazetmə, balasalama, balalıq yolundan ayrılan embrion ətrafı qişa və maye vasitəsilə keçir. İnfeksiyanın yayılması xəstə heyvanın südü və kəsilmiş heyvan məhsulları vasitəsilə yaranır. Bundan əlavə infeksiyanın yayılmasında heyvana xidmət edən şəxslər də mühüm rol oynayır. İnsan üçün süd məhsulları, ət, dəri və yun qorxuludur, onlardan yoluxma baş verir. Bu xəstəliyə ən çox heyvanla birbaşa təmasda olan çobanlar, sağıcılar, qəssablar yoluxa bilər. Ən əsası isə qida məhsulları- tam bişməmiş süd, brınza pendiri, qatıq, yağ, xəstə heyvanların tam bişməmiş və ya qızardılmamış əti yoluxma mənbəyi olur. Brusellyozla xroniki xəstə olan qadınların uşaqları adətən sağlam doğulmur. İstənilən yaşda bu xəstəliyə yoluxma ola bilər. Xəstəliyə yoluxma ən çox yaz-payız mövsümündə baş verir. Kəskin xəstəlik zamanı xəstədə 30-40 dərəcə temperatur müşahidə olunur, lakin belə vəziyyətdə xəstə özünü əzgin hiss etmir, işləyə və oxuya bilir. Xəstədə üşütmə və həddən artıq tərləmə müşahidə olunur. Dərinin rəngində dəyişiklik nəzərə çarpmır, damarların bəzi hissələrində genişlənmə olur. Odur ki, südü qəbul etməmişdən öncə onu mütləq bişirmək lazımdır. Çünki yüksək temperaturda brusellyoz çöpləri ölür. Eləcə də pendiri 60 sutkadan artıq müddətdə duzlu suda saxlamaq, əti isə yaxşı bişirmək lazımdır. Küçələrdə, əldə satılan, kustar üsulla hazırlanmış süd və pendir almaq məsləhət deyil.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00