Zəfəran idman etmədən arıqladır
3 May 2016 12:48 SosialTürkiyəli həkim-diyetoloq Şəbnəm Kandıralı zəfəranın şəfa olduğu xəstəliklərdən danışıb.
Həkimin məsləhətlərini sizə təqdim edirik:
Zəfəran qədim çağlardan bəri ağrıkəsici və təzyiqi sabitləşdirən vasitə kimi istifadə edilib. "Dövrümüzün ən bahalı ədviyyatlarından biridir. Tərkibində 150-dən çox xüsusi maddə var. Araşdırmalar göstərib ki, xüsusilə, xərçəngə qarşı təsirlidir. Həzm sistemi problemlərini həll edir". Şəbnəm Kandıralı zəfəranın pəhriz saxlayanlar üçün də ən faydalı ədviyyatlardan olduğunu qeyd edib.
"İştahanı kəsir. Arıqlamaq istəyənlər bu ədviyyatdan istifadə etməlidirlər. Bunu etsələr, gün ərzində həmişəkindən 55 faiz az şirniyyat yeyərlər. Hətta pəhriz saxlamadan, idmanla məşğul olmadan 8 həftədə 1 kilo arıqlamaq olar".
Diyetoloq bildirib ki, zəfəranın çayında təsiri daha güclü olur. Odur ki, tez arıqlamaq istəyənlər onu çay kimi dəmləyib içə bilərlər.
Şəbnəm Kandıralı zəfəranın depressiyaya meyilli insanlar üçün də faydalı olduğunu vurğulayıb.