Təhsil naziri Latviya səfirini qəbul edib
3 May 2016 12:24 SosialTəhsil naziri Mikayıl Cabbarov Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsı qəbul edib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın müəyyən etdiyi hədəflərə uyğun əməkdaşlıq perspektivləri müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00