Tibb Universitetində tələbələr yeni üsulla dövlət imtahanı verəcəklər

ATU-nun Tədris Cərrahiyyə Klinikasında müəllimlər üçün təlimlər təşkil olunub. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, təlimlərin məqsədi Azərbaycan ilk dəfə olaraq keçiriləcək Obyektiv Strukturlaşdırılmış Klinik İmtahanlarına (OSKİ) hazırlaşmaqdır. Azərbaycan Tibb Universiteti (ATU) növbəti innovativ təşəbbüsün tətbiqinə hazırlaşır. Belə ki, bu il ilk dəfə olaraq ATU-nun müalicə profilaktika fakültəsinin tələbələri dövlət imtahanını test üsulu ilə verəcəklər. İmtahanlara 6-cı kursda təhsil alan 500-ə yaxın tələbə qatılacaq. Tələbələr həmçinin, bacarıq imtahanından keçəcəklər. Məhz bu imtahan dünya standartlarına uyğun olan yeni OSKİ metodu ilə aparılacaq. ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu sınağın necə keçiriləcəyini bilavasitə izləyib. O, imtahan üçün hazırlanmış mərkəzlə tanış olub, OSKİ-yə hazırlığın səviyyəsi ilə maraqlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00