“Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda zona müşavirəsi keçirilib

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində "Multikultural dəyərlər və azərbaycançılıq" mövzusunda zona müşavirəsi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Yeni Azərbaycan Partiyası (YAP) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə YAP Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon təşkilatlarının sədrləri, sədr müavinləri, Gənclər Birliyi və Qadınlar Şurasının sədrləri, ərazi icra nümayəndələri, bələdiyyələrin sədrləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Müşavirədə çıxış edən Baş nazirin müavini-YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan olunub və bu istiqamətdə silsilə tədbirlər keçirilir. Azərbaycanın dünyada özünü multikultural dövlət kimi tanıtdığını vurğulayan Baş nazirin müavini multikulturalizmin ölkəmizdə dövlət siyasətinin əsasını təşkil etdiyini diqqətə çatdırıb. Müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00