Keçən ay 62 min 518 ton dizel yanacağı ixrac edilib

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin aprel ayında 62 min 518 ton dizel yanacağı, 14 min 898 ton təyyarə yanacağı, 57 ton soba mazutu, 8 min 73 ton yüksək təzyiqli polietilen, 1 min 881 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 570 ton maye piroliz qətranı, 3 min 482 ton propilen və 2 min 377 ton butilen butadien fraksiyası ixrac edib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə gör, ümumilikdə, 2016-cı ilin yanvar-aprel ayları ərzində 281 min 931 ton dizel yanacağı, 89 min 620 ton təyyarə yanacağı, 176 ton soba mazutu, 32 min 841 yüksək təzyiqli polietilen, 5 min 86 ton mütləqləşdirilmiş izopropil spirti, 21 min 654 ton maye piroliz qətranı, 15 min 693 ton propilen və 3 min 719 ton butilen butadien fraksiyası ixrac edilib. 2016-cı ilin aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 466,86 dollar, təyyarə yanacağının - 378,46 dollar, dizel yanacağının - 353,77 dollar, 1% kükürdlü mazutun qiyməti 179,17 dollar, yüksək təzyiqli polietilen 1215,00 dollar, butilen butadien fraksiyası 422,74 dollar, propilen 620 avro, mütləqləşdirilmiş izopropil spirti 693,75 avro təşkil edib.                              
                          

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00