SOCAR-da cüdoçularla görüş keçirilib
2 May 2016 18:03 SosialMayın 2-də SOCAR-ın Baş ofisində Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Rusiyanın Kazan şəhərində keçirilmiş Avropa çempionatında uğur qazanmış cüdoçular və onların məşqçiləri ilə görüşüb. "0LAYLAR"-ın xəbərinə görə, görüşdə çıxış edən Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev idmançıları 46 ölkə arasında bürünc medal qazanmaları münasibət ilə təbrik etmiş, bu nəticəni ölkə idmanında yeni səhifə kimi dəyərləndirib. 73 kiloqram çəki dərəcəsində Rüstəm Orucovun qızıl, 60 kiloqram çəki dərəcəsində Orxan Səfərovun gümüş medal qazanmasının bu idman növünə gənclərdə xüsusi maraq yaratdığını deyən Federasiya prezidenti 6-9 may tarixlərində Bakıda keçiriləcək Qran-pri yarışlarında idmançılardan daha böyük nailiyyətlər gözlədiyini deyib. R.Abdullayev çıxışının sonunda tarixdə ilk dəfə Avropa çempionatının bürünc medalını qazanmaları münasibəti ilə cüdoçuları və məşqçi heyətini bir daha təbrik edib.