Almaniyada ümumilli liderin yubileyinə həsr olunmuş boks çempionatı keçirilib

Almaniyanın Tangerhütte şəhərində ümumilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş peşəkar  boks çempionatı keçirilib. "OLAYLAR"-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə,  çempionatda Azərbaycan idmançıları ilə yanaşı, müxtəlif ölkələrin idmançıları qalibiyyət uğrunda mübarizə aparıblar. Həmyerlilərimiz Səddam Kərimov, Farsid Rostami, Bəxtiyar İsgəndərzadə, Rəşad  Kərimov və Loğman Bayramov yarışlarda öz rəqiblərinə qalib gələrək kuboklara sahib olub.  Qeyd edək ki, 2007-ci ildən bəri Almaniyada keçirilməsi ənənə halını alan boks turnirləri Azərbaycan Respublikasının Almaniyada səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Boks Federasiyası, Qəbələ idman klubu, Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti,  Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi, İdman və Turizm nazirliyinin dəstəyi ilə həyata keçirilir. Bundan başqa, mayın 7-də Almaniyanın Vaysvasser şəhərində də Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar boks turniri keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00