“Gənclər və Elmi İnovasiyalar” mövzusunda konfrans keçiriləcək
2 May 2016 17:22 SosialAzərbaycan Texniki Universitetində (AzTU) "Gənclər və Elmi İnovasiyalar" mövzusunda respublika elmi-texniki konfrans keçiriləcək. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, tələbələrin və gənc tədqiqatçıların iştirak edəcəyi forum ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-ci ildönümünə həsr olunub. Konfransın plenar iclasında "Heydər Əliyev və müasir Azərbaycan mədəniyyəti", "MİCROSOFT HYPER-V server bazasında AzTU-da virtual iş yeri infrastrukturunun qurulması" və digər mövzularda məruzələr dinləniləcək. Konfrans "Avtomatika və kompüter texnikası", "Xüsusi Texnika və Texnologiya" "Radiotexnika və rabitə", "Elektrotexnika və energetika", "Metallurgiya", "Texnoloji maşınlar", "Nəqliyyat", "Maşınqayırma", "Mühəndis biznesi və menecment", və digər bölmələr üzrə davam edərək öz işini mayın 5-də yekunlaşdıracaq.