Nazirlik: I rübdə kənd təsərrüfatı məhsulları istehsalçılarına 2 mln. manatdan çox güzəştli kredit verilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti hesabına müvəkkil kredit təşkilatları vasitəsilə cari ilin yanvar-mart ayları ərzində ölkənin 15 rayonunda fəaliyyət göstərən 19 kənd təsərrüfatı məhsulları istehsalçısına 2 mln. 69 min manat həcmində güzəştli kredit ayrılıb. Kənd Təsərrüfatı Nazirliyindən   verilən məlumata görə, verilmiş kreditlərin 10,3%-i quşçuluq, 3,9%-i balıqçılıq, 4,0%-i tərəvəzçilik və 81,8%-i isə heyvandarlıq sahələrinə ayrılıb. Eyni zamanda, dövlət xidməti tərəfindən beynəlxalq təşkilatlarla birgə icra olunan layihələr çərçivəsində 3 sahibkara 350 min manat kredit verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00