Bakı və Sumqayıtın bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

"TOUR d`AZERBAİJAN" beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar may ayının 4-də saat 09.30-dan 14.30-dək Dövlət Bayrağı Meydanından Dairəvi yol - Bakı-Sumqayıt şosesi - Masazır - Novxanı - Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq. Göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunması xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00