Mədəniyyətinizi özününkü kimi təqdim edən mədəniyyətsizlər və onlara qarşı mübarizəmiz VIDEO

Dünya tarixən dəfələrlə erməni yalanları ilə üzləşib...

Uşaq şeir deyir...

Qarabağ da mənimdi,
Murov da mənimdi,
Şirinsulu Tərtər çayı da mənimdir.
Buranın sahibi mənəm, sənsən.
Buranın sahibi yalnız bizik.
Murov da mənimdir, şirin Tərtər çayı da... bu sözləri səsləndirən erməni uşağıdır. O uşaq ki, dünyaya göz açan gündən bəri ona söylənilən yalanlarla böyüyür. Çünki yalan danışmaq və bu yalana özünü inandırmaq təəssüf ki, ermənilərin irsi xəstəliyinə çevrilib. Elə bunun nəticəsidir ki, mənimdir dedikləri Qarabağ, Tərtər, Murov sözlərinin ermənicə yox, azərbaycanca olduğunun da fərqinə varmırlar. Tanınmış erməni mütəfəkkiri Ovanes Tumanyanın öz sözləri ilə desək "ermənilərdə riyakarlıq ana bətnində olarkən yaranır". Hər bir erməni inanır ki, onlar böyük xalqdır. Halbuki, kökündə, mifalogiyasında fahişəlik ilahəsi Anaitə sitayiş dayanan, bu ilahənin şərəfinə məbəd ucaldan bir toplumdur. 

Daşnak ideoloqu Ruben Darbinyan yazırdı: "Bizim xalqımız müstəqil vahidlərin cəmidir. Digər xalqlar isə müstəqil cəmin sıfıra bərabər mənasız bir zərrəsidir". Bütün dünyaya öz məzlum, əzabkeş obrazlarını sırımaqdan yorulmayan bir xalqın bu cür absurd düşüncəsi heç də təəccüblü deyil. Çünki natamamlıq kompleksi ilə yaşayan insan daim özünü ən yuxarı pillədə zənn edir. Nə elmi, nə mədəniyyəti, nə də dostluğu olan erməni harada yaşayırsa, özünü o ərazinin tarixi varisi hesab edir. Elə əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağa qarşı iddiaları kimi... Biz Qarabağın Azərbaycanın döyünən ürəyi olduğunu sübut edən dəlilləri sadalamaq istəmirik. Axı, görünən kənd bələdçi istəməz. Həm də bizim bələdçimiz elə tarixin özüdür.

Kəpəz TV (Region TV) xəbər verir ki, oğurluğu özlərinə peşə seçən ermənilərin acgözlüyü təkcə torpaqlara yönəlməyib. Milli təamlar da bu oğruların hədəfindədir. Bu da təsadüfi deyil. Azərbaycan mətbəxi bütün dünyada fərqlənir. Gözlərinə fərqli və gözəl görünən hər şeyi mənimsəməkdə isə ermənilər çox mahirdir. Erməni jurnalistin Qondarma erməni soyqırımına həsr olunan tədbirlərdə iştirak etmək üçün İrəvana gələn Hollivud aktyoru Corc Kluniyə sualı da bunu bir daha təsdiq edir.
- Cənab Kluni, erməni dolmasının dadına baxdınız?
- Əlbəttə.
- Necə idi?
- Yaxşı.
Yanlış anlamadınız - erməni dolması ya da onların təbirincə desək, talması... Milli dəyərləriniz kasad ola bilər, başa düşüləndir. Ancaq kasıblıq eyib deyil, xanımlar və cənablar, oğurluq eyibdir. Təbii ki, mənəviyyatı olanlar üçün... Mənəviyyat deyilən anlayışın zərrəsinə sahib olanlar dolmaya talma, plova plav, basdırmaya basturma, pitiyə putuk deyib, xarici ölkələrdə əvəliyi ermənistanın milli bitkisi - aveluk adlandırıb gülünc  fikirlərə imza atmazlar.

Bəlkə də erməni yalanının bu qədər ayaq açıb yeriməsində, hətta fantastik həyasızlıq həddinə çatmasında bizim də günahımız var. Etiraf edək ki, biz bəzən öz mədəniyyətimizə, tariximizə sahib çıxmağa da tənbəllik edirik. Götürək elə milli mətbəx nümunələrimizi. Bu gün internet forumlarda, kulinariya saytlarında Azərbaycan milli xörəklərinin əksəriyyətini ermənilər öz mədəniyyət nümunələri kimi təqdim edirlər. Amma onların bu yalanlarına qarşı biz kifayət qədər fəallıq göstəririkmi?

Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov Azərbaycan mətbəxinin tədqiqi, milli mətbəx nümunələrinin toplanması, tanıdılması və təbliği istiqamətində çox böyük işlər görüb. Ancaq bu işləri işıqlandıran jurnalistlərin suallarını cavablandırmağı nədənsə vacib hesab etmir. Ölkəmizin baş kulinarından erməni təbliğatına qarşı apardığı mübarizə barədə öyrənmək istədik. Amma o, çox məşğul olduğunu deyərək 3 gün ərzində bizə 2 dəqiqə vaxt ayıra bilmədi.
Ermənilərin mədəniyyətimizə hücumlarının daha bir istiqaməti musiqimizdir. Saysız-hesabsız mahnılar, musiqi alətləri, rəqslər tarix boyu oğurlanıb, oğurlanmaqda da davam edir.
"Naz eləmə" azərbaycanlıların milli-əxlaqi hisslərini əks etdirən ən gözəl rəqslərdən biridir. Qədim zamanlarda sevgini açıq-aşkar elan etmək olmazdı və onu bir hərəkətlə və ya bir baxışla elan edərdilər. Elə rəqsdə də iki gəncin bir-birinə olan məhəbbəti, ən saf hissləri təqdim olunur.
Çətin ki, başqalarının mədəniyyətini özününküləşdirən bir xalq bu ülvi duyğuları belə əks etdirə bilsin. Ancaq hayların sərhəd tanımayan həyasızlığından danışırıqsa, hansı ülviyyətdən söhbət gedə bilər ?
Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyası və "Naz eləmə" rəqsinin musiqisi üzərində yazılan erməni sözləri saysız oğurluqlardan biridir. Ancaq neyləməli? Öz mədəniyyəti olmayanlar başqalarının var olanına əl uzatmağı ar bilmirlər.

Məmməd Cəfərov - Gəncə Bəstəkarlar İttifaqının sədri: "Ermənilər "Sarı gəlin"i götürüb, bu, bizim mahnıdır deyirlər. "Sarı gəlin"in musiqisi üzərində bizim simfoniyalarımız, kantatalarımız, xor əsərlərimiz var. "Naz eləmə" bəstəkarların yaradıcılıq əsərlərində yer alıb. Ancaq ermənilərdə bu musiqilər belə istifadə oluna bilməz. Çünki bu, onların deyil, onlar bununla yaşamayıblar. Bu əsərlərin geni, toxumu, kökü onlarda yoxdur. Bu musiqilər heç vaxt onların əlində çiçəklənməyəcək. Elə oğurluq faktı olaraq da qalacaq".

Musiqi xalqın ruhuna yaxın deyilsə, onun folklorunda yer tapmıyıbsa, ona mədəni sərvət demək olmaz. Cəngi, Uzundərə, Ceyranı, Köçəri, Tərəkəmə, İnnabı və başqa oğurlanan rəqslərimiz... bu siyahını uzatmaq da olar. Ancaq nə fayda? Oğruların xislətini elə onların özü hamıdan yaxşı açır. "Biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü  hesab edirik". Bunu biz demirik. Ədəbiyyatşünas Palasanyan etiraf edib.

Tulumu parkapzuk, balabanı duduk edən ermənilərin oğurluğu musiqi alətlərindən də yan keçmir. Tarın, kamançanın, zurnanın isə adlarını dəyişməyə belə zəhmət çəkməyiblər.

Zaur Hümbətov- ADAU-nun biologiya elmləri doktoru, professoru: "Aram Xaçaturyanın "Leninqrad" operasında oynanılan Gayane əsərindən sonra Üzeyir Hacıbəyova zəng edərək deyir ki, burada bu qədər tütək var, ancaq o səsi vermir. Üzeyir Hacıbəyov da qızıl həlqələri olan tütək hazırladıb göndərir. İndi də o operada həmin tütək saxlanılır. Çünki Azərbaycanın qamışından hazırlanan tütək xüsusi rezonanslı səsə malikdir. Fikrət Əmirov həmin hadisəni oturduğumuz bu otaqda mənim müəllimim Validə Tutayuqa danışdı. Ondan sonra Validə xanım böyük bir elmi əsər yaratdı. Müəyyən etdilər ki, Azərbaycanda bitən qamışların hüceyrələrinin arasında boşluq var. O boşluq quruyandan sonra əks-səda yaranır. Ancaq ermənilər nə deyir? "Duduk yalnız Ermənistan alətidir". Hamısı böhtan, şər, yalandır".
Və nəhayət, erməni şizofreniyasının son vaxtlar meydana çıxan əlamətləri: Sən demə bitkilərin də milli mənsubiyyəti olurmuş. Erməni alimləri Qarabağda bitən endem bitkiləri erməni florasının nümunələri kimi dünyaya təqdim etməyə çalışır.
Zaur Hümbətov: "2002-ci ildə mən Türkiyədə olanda İngiltərə Universitetinin professoru Heyvut mənə dedi ki, biz dünya florasını yaradırıq və Qafqazı da ora daxil etmişik. İstərdik ki, siz bizə köməklik edəsiniz.
Məktubu alanda gördüm ki, Azərbaycana 2 kodlaşma verilib. Ümumi Azərbaycan və Naxçıvan Muxtar respublikası. Ermənistana isə Ermənistan və Dağlıq Qarabağ kodlaşdırması yazılıb. Mən həmin dəqiqə elmi əsaslandırılmış fikrimi baş menecerə, Liz Gaddikə yazdım və göstərdim ki, ümumiyyətlə Qarabağın flora və faunasını yalnız Azərbaycan öyrənib. Tarix boyu ermənilərin ora heç bir bağlılığı olmayıb. Onlar apardıqları etnik təmizləmə ilə seperat dövlət yaradıblar.  Bizim kafedrada akademik Tutayuqun 1960-cı illərdə məhz Qarabağdan topladığı 100 000-dən artıq herbari var. O, bitkilərin adını, ərazisini, fəsiləsini təqdim elədim və beləliklə də bazada kodlaşdırma biz istədiyimiz formada yazıldı".
Həmin o herbarilər sözügedən otaqda saxlanılır. Yalnız Qarabağa məxsus olan bu bitkilər 1964-1967-ci illərdə Qarabağa təşkil edilən ekskursiya zamanı toplanıb. Yüzlərlə dərman və yem bitkilərinin, taxılların, bəzək bitkilərinin bir çox növü bu gün də tələbələrə nümayiş etdirilir. Herbarilər vaxtaşırı dərmanlanır.  Onların hər birinin kənarında mənsub olduğu yerin adı yazılıb: Kəlbəcər, Laçın, Şuşa və sairə... İnanırıq ki, tezliklə bu sözləri bu kağızlardan yox, elə o məkanlarda şəhərin girəcəyindəki lövhələrdən oxuyacağıq!  

 

Azərbaycan mədəniyyətini özününkü kimi təqdim edən mədəniyyətsizlər və onlara qarşı mübarizəmiz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00