Fəxrəddin Abbaszadə barədə Rusiya xüsusi xidmət orqanlarına müraciət ediləcək
2 May 2016 12:55 SosialAzərbaycan ordusunun Qarabağda antiterror əməliyatları erməni diasporu başda olmaqla bütün antimilli qüvvələri hərəkətə gətirib. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili bildirib ki, özünü Talış millətçisi adlandıran, lakin Talış xalqının adından danışmağa haqqı belə olmayan separatçı Fəxrəddin Abbaszadə bu fürsətdən istifadə edərək suyu bulandırmağa can atıb: "kavnews.ru adlı ermənilərin saytında yayımladığı məqalə buna subutdur . Məqalədə qeyd olunan tədbir və adlarını çəkdiyi dəyərli diaspor nümayəndələrimiz tərəfindən 16 Aprel 2016 ildə keçirilən tədbirin mahiyyətini dəyişərək başqa bir formada ictimaiyyətə təqdim edib. Bu azmış kimi yaramaz həmin tədbirdən foto paylaşmaq əvəzinə ASGA Rusiya nümayəndəliyinin və Ümumrusiya Azərbaycanlıları Konqresinin təşkil etdiyi 2 fevral gənclər günü münasibəti ilə təşkil edilən tədbirin şəkilini paylaşıb . Bu separatçı unudub ki, yalan ayaq tutar yeriməz. Son olaraq Fəxrəddin Abbaszadəyə xatırladıram ki Rusiya və Azərbaycan arasında güclü dostluq və əməkdaşlıq hökm sürur və bu dostluğu pozmağı nə o, nə də ermeni havadarların bacara bilməz". Toğrul Allahverdili deyib ki, onun bu əməlinə görə isə Rusiya və Azəərbaycan xüsusi xidmət orqanlarına müraciət olunacaq .