Vaşinqtonda Transxəzər, Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi mövzusunda beynəlxalq forum keçirilib

Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda yerləşən Con Hopkins Universitetində "Transxəzər, Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi" mövzusunda beynəlxalq forum keçirilib. "OLAYLAR"-ın Azərbaycan Dəmir Yollarına istinadən verdiyi xəbərə görə, tədbirin əsas məqsədi - Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə Çin və Avropa arasında yaranan əhəmiyyətli tranzit dəhlizlərini və bu dəhlizlərdən yararlanmaq imkanlarını müzakirə etmək olub. Həmçinin İpək Yolu marşrutu üzrə müasir layihələrin hazırlanması və investisiyaların həyata keçirilməsi ilə bağlı məsələlərinin müzakirəsi forumun məqsədlərindən biri idi. "Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi" forumuna 200-dən çox qonaq, o cümlədən ABŞ Hökuməti, ticarət palataları, yerli və beynəlxalq maliyyə və sərmayə təşkilatları, düşüncə mərkəzləri və 50-dən artıq ABŞ şirkəti qatılıb. Forumda Azərbaycanın digər dövlət qurumlarının nümayəndələri ilə yanaşı "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müşaviri Vüsal Aslanov, "ADY Express" MMC-nin Biznesin inkişafı və Marketing Departamentinin rəhbəri Natiq Cəfərov iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00