Bakıda balıqçının ölümü ilə bağlı yeni faktlar
2 May 2016 12:22 SosialBakıda Xəzər dənizində balıq tutumaqla məşğul olan şəxsin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az bildirir ki, hadisə Hövsan qəsəbəsi sahilində baş verib. 1984-cü il təvəllüdlü Nəzərov Namiq Hidayət oğlu və tanışı qayıqla balıq ovuna çıxıb. Sahildən bir qədər uzaqlaşdıqdan sonra güclü külək onların qayığı üçün təhlükə yaradıb. Qayığı sahilə doğru istiqamətləndirə bilməyən balıqçılar özlərini suya atıblar və üzərək xilas olmağa çalışıblar. Lakin 32 yaşlı N.Nəzərov dalğalar arasında boğularaq ölüb. Digər şəxs isə çətinliklə sahilə çıxıb və xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, dənizdə boğularaq ölən N.Nəzərov subay olub.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00