Saçı tökülən kişilərin dərmanı bu bitkidir
29 Aprel 2016 19:35 SosialƏsrlər əvvəl müasir dərmanlar yox idi. Amma elə otlar var idi ki, onlar insanların həyatını xilas edirdilər. Günümüzün reallığı odur ki, bahalı dərmanlar, ardı-arası kəsilməyən prosedurlar dərdimizə əlac olmur. Amma sıradan bir ot, bizə həyatımızı və sağlamlığımızı geri qaytarır.
Heç bir qulluq tələb etmədən yetişən, bənövşəyi rəngdə çiçəklər açan əməköməcinin yarpaqları tərəvəz kimi, çiçəkləri isə dərman olaraq istifadə edilir. Yaz ayında əməköməcinin yarqaları sulu olduğu üçün balla qarışığı zob xəsətliyinin dərmanı kimi istifadə edilir. Yeməklərdə də özünə məxsus yeri var.
Sinəni yumşaldır və öskürəyi kəsir
Temperatur salıcıdır.
Soyuqdəymə və bronxitə yaxşı effektli təsir edir.
Burun qanamasını kəsir;
Burun tıxanıqlığını aradan qaldırır.
Nəfəs darlığında faydalıdır.
Mədə ağrısına və ürəkbulanmasına qarşı təsirlidir və həzm etməyə kömək edir.
Diş əti xəstəliklərində faydalıdır.
Qəbizliyi aradan qaldırır.
Səs batıqlığını, boğaz və badamcıq iltihablarını aradan qaldırır. Dərini qoruyur, yumşaldır və nəmləndirir.
Əməköməci keçəlliyə, saçların tökülməsinə qarşı da yaxşı vasitədir. Başının tükü tökülən adamlar (xüsusilə keçəlləşən kişilər) əməköməcini əzərək, ya da ət maşınından çəkərək cunaya yaxaraq başa qoymalıdır. Səhərdən axşamacan başda qalan bu məlhəm yapışqan kimi başa yapışır. Yapışqan kimi başa yapışan əməköməcini təmizləyib səhəri gün bu proseduru təkrarlamaq lazımdır. Üç gün təkrarlanan bu prosedurun sonunda başda tüklərin əmələ gəldiyi müşahidə olunacaq. Tüklənmədən əziyyət çəkən insanlara bu bitkidən uzaq durmaları tövsiyə olunur.
Əməköməcini necə istifadə edilir?
Təzəsi tərəvəz olaraq istifadə edilir. Sıyıq halı çiban, yara ya da egzama olan bölgənin üzərinə qoyulur.
Əməköməci dəmləməsi yorğun halda ayaqları vanna etmək ayaqlara yaxşı təsir edir. Həmçinin yorğun gözləri də dincəldir.
Saçaların tökülməsi üçün əməköməci yağı çox effektlidir. Əməköməci yığılır, üzərinə rafinə olunmamış zeytun yağı tökərək bir neçə ay qaranlıqda saxlayıb sonra istifadə etmək olar.