Əməkdar artist Xanlar Muradovun xatirəsi anılacaq

Aprelin 30-da Azərbaycan Respublikasının Əməkdar artisti, özünəməxsus ifa tərzi və koloritli yumor hissi ilə tamaşaçıların yaddaşında iz qoyan Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Xanlar Muradovun 70 yaşı tamam olur. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Dövlət Musiqili Teatrında doğum günündə - 30 aprel tarixində mərhum aktyorun xatirəsi anılacaq. "Xanlar Muradov Azərbaycan teatrında öz yeri, öz çəkisi olan aktyorlardan biri olub. Onun özünəməxsus ifasını Musiqili Teatrın sadiq tamaşaçıları indinin özündə də çox yaxşı xatırlayırlar. Xanlar Muradov 1975-ci ildən dünyasının dəyişdiyi 2005-ci ilə qədər - düz 30 il Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib, bir-birindən maraqlı obrazlar canlandırıb. Teatr sahəsindəki xidmətlərinə görə 2000-ci ildə Əməkdar artist adına layiq görülüb. 30 aprel saat 19.00-da O. Kazimi və R. Heydərin "Qızıl toy" iki hissəli musiqili komediyasının növbəti nümayişi Xanlar Muradovun 70 illiyinə həsr olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00