AMEA-nın 1700 hektar torpağı ermənilərin işğalı altındadır
29 Aprel 2016 15:17 SosialAzərbaycan Milli Elmlər Akademiyasının 1700 hektar torpağı ermənilərin işğalı altındadır. Məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA-nın illik ümumi yığıncağında çıxışı zamanı deyib. Akademiya prezidenti qeyd edib ki, AMEA-nın ümumilikdə 4 min hektar torpaq sahəsi var: "Onun 1700 hektarı işğal altındadır. Amma qalan 2300-ə yaxın hektar torpaq akademiya tərəfindən istifadə edilir. Akademiya öz qüvvəsi ilə həmin torpaq sahələrində xüsusi əkin sistemi yaradır və biz burada bununla müəyyən eksperiment həyata keçirmək istəyirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00