“Mətbuat futbolçuları alver predmetinə çevirir”

Bunu Milli Məclisin iclasında Parlamentin sədri müavini Ziyafət Əsgərov deyib. Z.Əsgərov bunun yolverilməz olduğunu bildirib: "Bir də görürsən ki, ciddi mətbuat orqanlarından biri yazır ki, filan klubun filan futbolçusu başqa bir komandaya 25 milyon dollara satıldı. Bu necə ola bilər. Axı futbolçu insandı, necə alver predmeti ola bilər? Bu doğru deyil. Jurnalistlər və mətbuat orqanları buna diqqət etməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00