Azərbaycanın irqi ayrı-seçkiliklə mübarizə sahəsində siyasəti müzakirə ediləcək

Azərbaycanın irqi ayrı-seçkiliklə mübarizə göstəriciləri 3-4 may tarixlərində İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitədə müzakirə ediləcək. BMT-nin İnkişaf Proqramının Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, komitə üzvləri ilə Azərbaycan nümayəndə heyəti arasında irqi ayrı-seçkilik, etnik azlıqlara münasibətdə nifrət çıxışları, irqi ayrı-seçkiliyin ləğvi üçün qanunvericilik bazası, azlıqda qalan qruplarla dialoq, sığınacaq hüququ və digər məsələlərlə bağlı müzakirə aparılacaq. Komitədə digər BMT qurumları və qeyri-hökumət təşkilatlarının məruzələri dinləniləcək.

Qeyd edək ki, Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" beynəlxalq Konvensiyanı ratifikasiya etmiş 177 ölkədən biridir və müntəzəm olaraq 18 beynəlxalq müstəqil ekspertdən ibarət Komitə tərəfindən yoxlamadan keçir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00