Sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyası müzakirə edilib

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birgə "Sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyası və adaptasiyası" mövzusunda respublika elmi-praktik konfransı keçirib. "OLAYLAR"-ın xəbərinə görə, konfransda müasir dövrdə ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyası, belə uşaqlar üçün bərabər təhsil hüququ imkanlarının yaradılması, məktəbəqədər təhsil müəssisələrində xüsusi təhsilin təşkilinin əsas istiqamətləri, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb edilməsi üçün dövlət səviyyəsində lazımi tədbirlərin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Konfransda Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları, Bakı Dövlət Universitetinin (BDU), Bakı Slavyan Universitetinin (BSU) və digər ali təhsil müəssisələrinin professor-müəllimləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və xüsusi təhsil müəssisələrinin, qeyri-hökümət təşkilatlarının, ictimai birliklərin təmsilçiləri iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00