Ermənilərin öldürdüyü ağdamlı dəfn edildi

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhəyanı ərazilərini atəşə tutması nəticəsində yaralanan, bu gün səhər saatlarında isə dünyasını dəyişən 73 yaşlı Əli Hüseynov dəfn edilib. Anspress bildirir ki, Ağdamın Çəmənli kənd sakini bu kənddə torpağa tapşırılıb. Ötən gün ermənilərin Azərbaycan kəndlərini atəşə tutması nəticəsində yaralanan Çəmənli kənd sakinlərindən 4-nün vəziyyəti normaldır. İki nəfərin vəziyyəti isə hələ də ağır olaraq qalıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00