Çin iş adamları Veysəloğlu şirkətində olub
29 Aprel 2016 12:41 SosialÇinin "İpək Yolu" Beynəlxalq Kommersiya Palatasının sədri LU Jianzonq və Asiya-Sakit okean Bölgəsinin Kommersiya və Sənaye Palatalar Konfederasiyasının prezidenti Jemal İnaişvilinin başçılıq etdiyi nümayəndə heyyəti Veysəloğlu Şirkətlər Qrupunda səfərdə olublar. Şirkətdən "OLAYLAR"-a daxil olan məlumata görə, çinli iş adamlarından nümayəndə heyyəti ilə Veysəloğlu rəhbərliyi arasında iki tərəfli görüş keçirilib. Görüşdə qonaqlara ilk olaraq ölkənin itisadi inkişafı və sahibkarlığa yaradılan əlverişli və münbit iqtisadi şərait haqqında məlumat verilib. Çin iş adamlarının şirkətə səfərində əsas məqsəd Veysəloğlu MMC, o cümlədən, Ulduz Şokolad Fabrikinin fəaliyyəti ilə yaxından tanış olmaq, gələcək ikitərəfli əməkdaşlığın müzakirəsi və işbirliyinin qurulması olub. "İpək Yolu" Beynəlxalq Kommersiya Palatasının sədri LU Jianzonq Veysəloğlu Şirkətlər Qrupunun həyata keçirdiyi layihələrə maraq göstərdiklərini deyərək şirkəti gələcəkdə öz ölkəsində təşkil olunacaq beynəlxalq sərgi və konfranslara dəvət edib. Asiya-Sakit okean Bölgəsinin Kommersiya və Sənaye Palatalar Konfederasiyasının prezidenti Jemal İnaişvili Veysəloğlu şirkətini birgə layihələr həyata keçirməyə və qarşılıqlı əməkdaşlığa dəvət edib. Görüşdə həmçinin Şirkətlər Qrupunun məhsullarının Çin bazarında gələcək perspektivləri müzakirə edilib.