Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyası hesabat verdi

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, yığıncaqda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və  Nəzarət-təftiş komissiyasının hesabatları, 2016-cı il üçün büdcəsi və təşkilati məsələ müzakirəsi  olunub. Ümumi YığıncağıAzərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkəmizdə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində də mühüm tədbirlər görülür. Qeyd edib ki, Qəsəbə bələdiyyələri ötən dövrdə yerli əhəmiyyətli  infrastruktur layihələrini  uğurla icra edib. Milli Assosiasiyaların "Bir bələdiyyə - azı bir layihə" təşəbbüsü çərçivəsində 2015-ci il ərzində  qəsəbə bələdiyyələri 19 istiqamətdə, 675 müxtəlif xarakterli sosial layihə icra olunmuş,cari ildə isə  620 layihənin icrası nəzərdə tutulur ki, bu da  2015-ci illə müqayisədə 4.208.678  manat və ya 56,7 faizdən artıq sosial sifarişlərin  icrası deməkdir. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə, Milli Məclisin deputatı Kamran Bayramov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov çıxış ediblər. Yekunda tədbir iştirakçılarına Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə nəşr etdirdiyi "Yerli özünüidarə ilə bağlı hüquqi aktlar toplusu" paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00