Soydaşımız Gürcüstanın Əməkdar Jurnalsiti adına layiq görüldü
29 Aprel 2016 12:18 SosialAzərbaycanlıların Mədəniyyət Mərkəzinin əməkdaşı, "Region press" qəzetinin redaktoru Binnət Məmmədov Gürcüstanda təltif edilib. AMM-dən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, Binnət Məmmədov Gürcüstanda Azərbaycandilli mətbuatda səmərəli fəaliyyətlərinə görə "Gürcüstanın Əməkdar jurnalisti" adına layiq görülüb.
Qeyd edək ki, B. Məmmədov 1991-ci ildən Gürcüstan Jurnalistlər Federasiyasının üzvüdür. O, 1997-ci ildə Gürcüstan prezidentinin "Təşəkkürnamə"sinə layiq görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00