Bakı Nəqliyyat Agentliyində yeni təyinat

Bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərman əsasında yaradılmış  Bakı Nəqliyyat Agentliyində yeni təyinat olub. "OLAYLAR"-ın xəbərinə görə, "Baku Bus" MMC-də media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışan Nuridə Allahyarova Bakı Nəqliyyat Agentliyinə gətirilib. Nuridə Allahyarova sözügedən agnetlikdə mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Nuridə Allahyarova bundan əvvəl "BakuBus" MMC-də media və ictimaiyyətlə əlaqələr şöbəsinin və Binəqədi Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrində çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00