“Regionun gələcəyi - yeni model” mövzusu müzakirə edilib
29 Aprel 2016 11:59 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Futuroloqlar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində Milenium Layihəsinin Meksika üzrə direktoru Konsepsion Olavarrietanın iştirakı ilə "Regionun gələcəyi - yeni model" mövzusunda tədbir keçirilib. SAM-dan "OLAYLAR"-a bildirilib ki, Minilliyin Layihəsinin Meksika Bölməsinin direktoru Konsepsion Olavarrieta məruzə ilə çıxış edib. Konsepsion Olavarrietanın çıxışı "Regionun gələcəyi - yeni model" mövzusuna həsr edib. Tədbiri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva açıq elan edib. Daha sonra Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynovaya söz verilib. Tədbirin sonunda qonaq ekspert davamlı inkişaf və elmi-texniki tərəqqinin mümkün təsirləri barədə sualları cavablandırıb.