Sahil qəsəbəsində bir neçə küçə təmir olunur

2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram"ına əsasən "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qaradağ rayonu Sahil qəsəbəsinini bir-neçə küçəsində eyni vaxtda təmir işləri aparılır. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, təmir işləri çərçivəsində Emin Quliyev küçəsinin 3600 m2 , Zahid Qasımov küçəsinin 3700 m2 , Rövşən Rzayev küçəsinin 1500 m2 , Bəxtiyar Əliyev küçəsinin isə 4200 m2 hissələri olmaqla, ümumilikdə 13 min m2 əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Bundan başqa Emin Quliyev küçəsində 400 paqon-metr səki daşı da yenisi ilə əvəzlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00