Eynək seçərkən diqqətli olun! VIDEO

Havalar isindikcə, Günəş eynəklərinin əhəmiyyətlilik dərəcəsi də artmış olur. Böyük əksəriyyətə məlumdur ki, gün ərzində bizi təqib edən günəş şüalarının xeyri qədər  zərərli təsirləri də  var. Təbii ki, bu təsir gözlərimizdən də yan keçmir. Mütəxəssislər, xüsusən də son dövrlərdə Ozon təbəqəsinin nazikləşməsi səbəbilə ultra-bənovşəyi şüaların  insanlara daha çox təsir etdiyini  deyir və belə olduğu halda gözlərimizi qorumağın ən yaxşı yolu kimi günəş eynəklərini tövsiyə edirlər. Bəzən elə olur ki, gün şüalarından qorumaq üçün aldığımız və ya seçdiyimiz eynəklərin keyfiyyətsizliyi, gözlərimizə daha çox ziyan vurmuş olur. Yəni günəş eynəklərinin taxılması mütləqdirsə, onların keyfiyyətli şüşələrdən olması daha vacibdi. Təbii ki, eynəkləri kefiyyət dərəcəsinə görə seçmək bu işin mütəxəsisi olmayan insanlar üçün bir qədər çətindir. Düzdür bu məsələdə qiymət faktoru da çox önəmlidi. Yəni hamıya məlumdur ki, qiyməti çox aşağı olan eynəklər daha keyfiyyətsiz olur. Amma ola bilər ki, sizə elə, keyfiyyətsiz eynəkləri baha qiymətə satsınlar.Çünki, bəzi dırnaqarası  işbazlar insanlardakı-  "ucuzdursa, deməli, keyfiyyətsizdir" yanaşmasını çoxdan tutublar və bu yanaşmadan onlara qarşı istifadə edirlər. Ona görə də indi deyəcəklərimizi diqqətlə dinləyin: Eynək seçərkən əsas diqqət edilməli amillərdən biri də eynəyin insana necə yaraşmasıdır. Üz qurluşu yumru olan insanlarda çənə və yanaqlar diqqəti daha çox cəlb edir. Bu cür insanlar uzunsov, və ya nisbətən dördkünc eynəklərdən istifadə etsinlər.  Uzun üzlü insanlara isə yumru eynəklər tövsiyə olunur.Bİr sözlə, həyata baxan gözlərimizi qoruyan eynəkləri seçəndə gərək elə seçim edək ki, həm bizə yaraşsın  həm də sağlam gözlərimizi qoruya bilsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00