Belə aldadılırsınız - Saxta içkilər
28 Aprel 2016 17:51 SosialBakıda "Azersun Holdinq"in şirələrinin adından kütləvi saxtakarlıqlar edilir. Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, firmalardan biri holdinqin satışa çıxardığı şirələr istifadə edildikdən sonra onların qablarını toplayır və içərisinə özü hazırladığı "meyvə şirələri"ni təkrar dolduraraq satışa buraxır: "Bu firma "Azersun Holdinq"in satdığı şirələrin təmizlənməmiş qablarına su dolduraraq yenidən satışa çıxarır". Eyyub Hüseynov bildirib ki, qabın üzərində istehsalçının ünvanının Şəmkir rayonunda yerləşməsi qeyd edilib: "Bu, "Gold Star" suları ilə "Azersun Holdinq" arasında heç bir əlaqə yoxdur. Holdinqdən bildirdilər ki, bu meyvə şirələri bizə məxsus deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00