“Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı keçiriləcək
28 Aprel 2016 16:28 SosialAprelin 29-da Azərbaycan Akademik Milli Dram Teatrında "Tələbə baharı" Ümumrespublika tələbə yaradıcılıq festivalınn final mərhələsi baş tutacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, festivalın keçirilməsində məqsəd, tələbə-yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrinin tələbələri və orada fəaliyyət göstərən dərnəklər arasında tələbə mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirməkdir. Yaradıcı və istedadlı gəncləri üzə çıxarılması, onlara dövlət qayğısının artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində səylərin gücləndirilməsi, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaradılması layihənin əsas məqsədləri sırasına da daxildir.
Qeyd edək ki, bu il 13-16 aprel tarixlərində festivalın seçim mərhələləri keçirilib. Seçim turlarında 15-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə müxtəlif
nominasiylar üzrə öz istedadlarını ən mükəmməl şəkildə nümayiş etdiriblər. Final mərhələsinin sonunda festivalın nominantlarına Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təsis etdiyi diplomlar və xatirə hədiyyələri təqdim ediləcəkdir."Tələbə baharı mahnı festivalı" nın final mərhələsində gənclər və idman naziri Azad Rəhimov da iştirak edəcək.