Sumqayıtda bədbəxt hadisə
Pərdənin ipi boğazına dolaşan uşaq boğulub
28 Aprel 2016 16:06 SosialSumqayıtda azyaşlı uşaq evdə oynayarkən bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. "Olaylar" Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, hadisə aprelin 27-də Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində baş verib. Qəsəbə sakini 9 yaşlı Ayşən İsmayılova evdə oynayarkən pərdənin ipi boğazına dolaşdığından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00