TÜRKSOY-un baş katibi Qəbələ rayonuna səfər edib

28 aprel 2016-cı il tarixində Şəki şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunmasının rəsmi açılış mərasimində iştirak məqsədilə bu rayona səfər edən Alyansının Ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir və TÜRKSOY-un baş katibi Düsen Kaseinov Qəbələ rayonuna da səfər edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, nümayəndə heyəti səfər zamanı Qəbələnin tarix və mədəniyyət abidələri və turizm imkanları ilə tanış olublar.
Xatırladırıq ki, 2015-ci ilin noyabr ayında Türkmənistanın Marı şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısının qərarına əsasən Şəki "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunması münasibətlə 28 aprel 2016-cı il tarixində Şəki şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TURKSOY) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mədəniyyət paytaxtı layihəsinin rəsmi açılış mərasimi keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00