Diasporamız Almaniyanın iki mətbu orqanını məhkəməyə verir
28 Aprel 2016 14:37 SosialAlmaniyanın "The European" qəzeti nə Almaniyanın "n-tv" kanalının internet səhfəsində ölkəmiz əleyhinə yalan, böhtan dolu yazı dərc olunub. Bu barədə "OLAYLAR"-a məlumat verən Dünya Azərbaycanlıları Assambleyasının Təşəbbüs Qrupunun rəhbəri Rəşad Quliyev deyib ki, sözügedən media vasitələrinin Azərbaycanla Ermənistan arasında 01.04.2016 tarixindən başlayaraq 04.04.2016 taixinə qədər baş verən məlum hadisələri birtərəfli, qeyri - obyektiv şəkildə işıqlandıraraq hadisəni əsas hədəfindən yayındıraraq, xristiyan - müsəlman münaqişəsi olaraq işıqlandırması, bu münaqişədə guya Azərbaycanla Türkiyənin birləşərək xristian ermənilərinə qarşı müharibə apardığı qeyd olunub: "Yazıda ölkəmizlə bağlı yalan məlumatlar əks olunub. Məqalələrdə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın şəxsiyyəti ləkələnib, hər iki lider Qarabağda baş verənlərə görə ittiham obyekti olub". Rəşad Quliyev deyib ki, yazı obyektiv araşdırmanın məhsulu deyil, əksinə daha çox erməni lobbisinin sifarişinə bənzəyir: "Xaricdə olan bizlər də bu yazıya biganə qalmamalıyıq. Dünya Azərbaycanlıları Assambleyası olaraq bu yazıya etirazımızı bildirir və bəyan edir ki, böhtan yaydığına görə yazı müəllifini və bu yayım orqanını Almaniya Federativ Respublikasının yetkili məhkəmə orqanına verəcəyik. Hazırda bu böhtana cavab olaraq Almaniyada və dünyanın başqa ölkələrində fəaliyyət göstərən 100-ə yaxın təşkilatların və xaricdə təhsil alan tələbələrin imzasını toplamışıq. İmza atanlar arasında almanlar, miliyyətcə yəhudi, rus, gürcülər və digər xalqların nümayəndələri də var. İmza toplanma həftə sonuna qədər davam edəcək".