Paytaxt sakinindən 152 qram heroin götürülüb
28 Aprel 2016 14:32 SosialBakı şəhər sakini Pərviz Məmmədovda narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Bakı Şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Pərviz Məmmədovdan 152 qram heroin götürülüb. Həmçinin Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Qaçay Məmmədovdan 5,1 qram heroin və 1 ədəd bıçaq, əvvəllər məhkum olunmuş Rahib Qasımovdan isə 5,2 qram heroin, nömrəsi silinmiş "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00