Mülki Prosessual Məcəlləyə dəyişiklik edilir

Aprelin 28-də Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib. İclasda Ali Məhkəmənin sədri tərəfindən təqdim edilən Mülki Prosessual Məcəlləyə və "İcraat haqqında" qanuna dəyişikliklərə baxılıb. Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə görə, 231-ci maddədə "Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" cümləsində "dayandırılması sözündən sonra "ona xitam verilməsi ilə bağlı məsələlərə baxılması" sözünün əlavə edilməsi təklif olunur. Oxşar dəyişiklik maddənin bəndləri üzrə də təklif olunur.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00