Gənclər narkomaniya əleyhinə maarifləndirilir
28 Aprel 2016 12:13 SosialNarkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu Masallı Rayon İcra Hakimiyyəti ilə birgə təlim-məşğələ keçirib. "OLAYLAR"-ın Komissiyanın İşçi Qrupuna istinadən verdiyi xəbərə görə, Daxili İşlər,Təhsil və Səhiyyə nazirliklərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirak etdiyi təlimdə mövzu ətrafında geniş diskussiyalar aparılıb. Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış xüsusi qovluqlarda narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar, təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları üçün hazırlanmış yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri və metodik materiallar (o cümlədən təlim materiallarının diskə daxil edilmiş elektron variantda da əlavə olunaraq) təlim iştirakçılarına təqdim olunub.