Bakının bir sıra yolları bağlanır
28 Aprel 2016 12:02 SosialBakıda bir neçə yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Oxu.az bildirir ki, görüləcək tədbirlər "TOUR d`AZERBAİJAN" beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədardır. Belə ki, mayın 4-də saat 09.30-dan 14.30-dək Dövlət Bayrağı Meydanından Dairəvi yol-Bakı-Sumqayıt şossesi-Masazır-Novxanı-Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq. Göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunması xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00