Cari ilin yanvar-mart aylarında istehlakçılara 66,7 milyon kubmetr həcmində su verilib
28 Aprel 2016 11:42 Sosial"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin 2016-cı ilin birinci rübü üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, iclası giriş sözü ilə açan "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, cari ilin yanvar-mart aylarında istehlakçılara 66,7 milyon kubmetr həcmində su verilib, 47,2 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. Hesabat dövründə 170 km içməli su, 138 km kanalizasiya xətləri çəkilib, 2 su anbarı tikilib, 4 ədəd subartezian quyusu qazılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə abonent sayı 52,4 min artmış, sayğaclaşma səviyyəsi 62,5 faizə yüksəlib. Sonda Qorxmaz Hüseynov iclasa yekun vuraraq görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını verib. Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlərin davam etdiriləcəyini deyən Səhmdar Cəmiyyətin sədri yeni texnologiyaların tətbiqi ilə bağlı tədbirlərin görülməli olduğunu vurğulayıb.