Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək

Mayın 3-də "Excelsior Hotel Baku" otelinin "Afurja" zalında Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin və "AtaHolding" Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Ruhun şad olsun, Ustad!" adlı xatirə gecəsi keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a şirkətdən daxil olub. Bildirilib ki, millət vəkillərinin, "AtaHolding" Şirkətlər Qrupunun kollektivinin, tanınmış media nümayəndələrinin iştirak edəcəyi tədbirdə Heydər Əliyevin həyat yolunu əks etdirən sənədli film nümayiş etdiriləcək, müxtəlif illərdə bu böyük insanla ünsiyyətdə olmuş jurnalistlər xatirələr söyləyəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00